• 7 Dekabr 2021
logo
Qazaxıstanda son sutkada koronavirusa 2 656 nəfər yoluxub

Qazaxıstanda son sutkada koronavirusa 2 656 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 656 yoluxma halı qeydə alınıb.

Trend-in Kazinform-a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 281 351 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan son sutkada 2 177 olmaqla 241 625 nəfəri sağalıb, 3 333 nəfəri isə vəfat edib.