• 24 Aprel 2024
logo
Matviyenko Azərbaycan və Ermənistanı Dağlıq Qarabağda sülhü dəstəkləməyə çağırıb

Matviyenko Azərbaycan və Ermənistanı Dağlıq Qarabağda sülhü dəstəkləməyə çağırıb

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Dağlıq Qarabağ münaqişəsi iştirakçılarını regiondakı vəziyyətin yekun nizamlanmasına doğru hərəkət edərək sərt bəyanatlar verməkdən çəkinməyə və bərqərar olmuş kövrək sülhü dəstəkləməyə çağırıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu V. Matviyenko Ermənistan parlamentinin sədri Ararat Mirzoyanla görüşü zamanı bildirib.

“İndi başlıcası hansısa sərt bəyanatlardan çəkinmək, kövrək sülhü dəstəkləmək, yekun nizamlanmaya və regiondakı gərginliyi aradan götürməyə doğru irəliləməkdir. Bu, təkcə Ermənistana, Azərbaycana lazım deyil, bu, Rusiyaya lazımdır, bu, bütün regional dövlətlərə lazımdır”, - deyə V. Matviyenko vurğulayıb.

O, Rusiya sülhməramlılarının hazırda oynadığı rolun vacibliyini də qeyd edib: “Sülhməramlılarımız təkcə öz missiyalarını yerinə yetirmirlər, onlar hər iki tərəfdən qaçqınların qayıdışının təhlükəsizliyini təmin edirlər, infrastrukturun, dağılmış evlərin bərpasına yardım edirlər, bütün müracitələrə reaksiya verirlər”.