Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Slovakiyanın Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkili Elçin Qasımovu qəbul edib.
XİN-dən verilən məlumata görə, görüşdə E.Qasımov Slovakiyanın Xarici və Avropa İşləri üzrə Nazirliyi tərəfindən ünvanlanmış notanı Pərvin Mirzəzadəyə təqdim etdi.
Notada verilmiş məlumata əsasən, 2019-cu ilin 1 oktyabr tarixindən etibarən Slovakiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayır.
Səfir P.Mirzəzadə Slovakiyanın Azərbaycanda səfirliyinin açılmasının iki ölkə arasında əməkdaşlığın və dostluğun daha da genişləndirilməsi və irəlilədilməsinə təkan verəcəyini bildirib.