• 6 Dekabr 2021
logo
Çavuşoğlu Rusiyanın Türkiyəyə uçuşları məhdudlaşdırmasına münasibət bildirib

Çavuşoğlu Rusiyanın Türkiyəyə uçuşları məhdudlaşdırmasına münasibət bildirib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Türkiyəyə uçuşları məhdudlaşdırmasına dair qərarına münasibət bildirib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə XİN başçısı məsələ ilə bağlı NTV-yə açıqlamasında deyib ki, uçuşların bərpası istiqamətində danışıqlar aparılır.

“Bu qərarın arxasında siyasi bir əsasın olduğu qənaətində deyiləm”, - deyə nazir vurğulayıb.

O, bu qərarın mənfi nəticələrinin ola biləcəyi ehtimalını da qeyd edib.

Qeyd edək ki, Rusiya 15 aprel-1 iyun tarixlərində Türkiyəyə uçuşları məhdudlaşdırmaq qərarı verib.