• 3 Dekabr 2021
logo
Mövlud Çavuşoğlu Brüsselə səfər edəcək

Mövlud Çavuşoğlu Brüsselə səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Brüsselə səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mövlud Çavcuşoğlu NATO-nun qərarverici orqanı olan Şimali Atlantika Şurasının görüşünə iştirak edəcək.

Türkiyə XİN başçısı həmçinin, ABŞ Müdafiə naziri Lloyd Ostin, dövlət katibi Entoni Blinkin, NATO Baş katibi Yens Stoltenberq, Almaniya XİN başçısı Hayko Maas, İtaliya XİN başçısı Luiqi Di Mayo və Britaniya XİN başçısı Dominik Raabın qatıldığı "Framework+UK" görüşündə iştirak edəcək.