Prezident İlham Əliyev ilə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş olub
Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə ölkəmizdə işgüzar səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş keçirilib.
Bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.