• 1 Dekabr 2021
logo
Aleksandr Lukaşenkonun Azərbaycana səfəri başlayıb

Aleksandr Lukaşenkonun Azərbaycana səfəri başlayıb

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana gəlib.

APA-nın "BelTa"ya istinadən verdiyi xəbərə görə, Belarus liderini gətirən təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

Hava limanında Prezident Lukaşenkonu Belarus və Azərbaycan rəsmilərindən ibarət nümayəndə heyəti qarşılayıb.
Belarus Prezidentinin səfəri iki gün çəkəcək.