• 7 Dekabr 2021
logo
"Azərbaycan iqtisadi, siyasi baxımdan heç bir ölkədən asılı deyil"

"Azərbaycan iqtisadi, siyasi baxımdan heç bir ölkədən asılı deyil"

44 günlük müharibədə Azərbaycan Ordusunun 30 ilə yaxın etməni işğalında olan torpaqlarımızı azad etməsi tarixi zəfərdir. Bunu həzm etmək istəməyənlər ölkəmizin qüdrəti, xalq-ordu birliyinin, ordumuzun yenilməzliyi qarşısında mat qalıb. Ermənistan bu illər ərzində işğalda saxlayan ərazilərimizi dağıdıb, təbii sərvətlərimizi mənimsəyib, mədəni, tarixi abidələrimizi talan edib, rayon, qəsəbə, kənd və şəhərlərimizi viranə qoyub. Amma bunun bədəlini mütləq ödəyəcək. Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında ALDP sədri Fuad Əliyev deyib. Partiya sədri bildirib ki,
işğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşnalığı, tarix və mədəniyyət abidələrinin qəsdən məhv edilməsi silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasına, 1992-ci Avropa Konvensiyasına, UNESCO-nun 1972-ci il Konvesiyasına ziddir.

F.Əliyev sözlərinə görə, bu baxımdan, dəymiş ziyanın məbləği hesablanandan sonra Azərbaycan beynəlxalq məhkəməyə müraciət edərək işğalçı Ermənistan tərəfindən kompensasiyanın ödənilməsini tələb etmək hüququna malikdir. Bu hüquqdan maksimum yaralanaraq Azərbaycan Ermənistanı Beynəlxalq Məhkəmədə cəzalandıracaq və təzminat ödəməyə məcbur edəcək: "Amma dağıdılan bütün ərazilərimiz tez bir zamanda abadlaşdırılacaq.
Azərbaycan işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərini öz gücünə həyata keçirir. Azərbaycan iqtisadi, siyasi baxımdan heç bir ölkədən asılı deyil. Azərbaycan büdcəsi imkan verir ki, ermənilərin viranə qoyduğu ərazilərimiz abadlaşdırılsın, əvvəlki həyat qaytarılsın. Dövlət başçımız da dəfələrlə vurğulayıb ki, Qarabağda həyat yenidən canlanacaq, turizm bölgəsinə çevriləcək. Artıq bu istiqamətdə dövlət proqramları yerinə yetirilir".
Cavid