• 4 Dekabr 2021
logo
Rusiya və İran XİN başçıları Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər

Rusiya və İran XİN başçıları Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər

Rusiyanın xarici işlər nazirləri Sergey Lavrov və onun iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında Tehranda keçirilən görüşdə Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya XİN başçısı Sergey Lavrov iranlı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

“Biz Rusiyanın atəşkəsin davamlı olmasını təmin edən vasitəçilik səylərini nəzərə alaraq Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdik. Münaqişənin nəticələrinin aradan qaldırılmasının, ümumiyyətlə, Ermənistan və Azərbaycan xalqlarının maraqları baxımından ədalətli əsasda uzun müddətli siyasi-diplomatik nizamlanmasının və region ölkələrinin bu prosesdə oynaya biləcəyi rolun vacibliyini qeyd etdik” - deyə Rusiya XİN başçısı vurğulayıb.