• 7 Dekabr 2021
logo
Deputat: “Prezident qələbəmizi həzm edə bilməyənlərə cavab verdi”

Deputat: “Prezident qələbəmizi həzm edə bilməyənlərə cavab verdi”

“Prezident İlham Əliyev dünən Hərbi Qənimətlər Parkının açılışını etdi”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev dünən qələbəmizi həzm edə bilməyənlərə, qələbəmizdən yasa batanlara cavab verdi: “Hərbi Qənimətlər Parkındakı çıxışın nəticələrindən biri də odur ki, milli birliyimizi heç kim poza bilməz. Prezident İlham Əliyev qədər Azərbaycanı bu gün dünyada tanıdan və sevən ikinci bir şəxs yoxdur. Türk Dünyasının birliyini təmin edən müzəffər Ali Baş Komandan İlham Əliyevdir”.