• 8 Dekabr 2021
logo
Gürcüstan parlamentində Dağlıq Qarabağ müzakirə edilir

Gürcüstan parlamentində Dağlıq Qarabağ müzakirə edilir

Gürcüstan parlamentinin Müdafiə və Təhlükəsizlik komitəsinin iclasında Dağlıq Qarabağ məsələsi müzakirə edilir.

APA-nın Gürcüstan bürosunun ölkənin İctimai telekanalına istinadən verdiyi xəbərə görə, qapalı keçirilən iclasda ölkənin Xarici Kəşfiyyat Xidmətinin nümayəndələri deputatları məsələ ilə bağlı məlumatlandıracaq.

Qeyd olunub ki, iclasda deputatlara Dağlıq Qarabağdakı vəziyyətlə bağlı kəşfiyyat xidməti öz baxışını təqdim edəcək.

İclasda eyni zamanda, Ukraynadakı vəziyyətin müzakirə ediləcəyi bildirilib.