• 30 Noyabr 2021
logo
Dünya Azərbaycanlıları Platformasının sədri Qırğızıstan Prezidentinin köməkçisi və təhlükəsizlik naziri ilə görüşüb

Dünya Azərbaycanlıları Platformasının sədri Qırğızıstan Prezidentinin köməkçisi və təhlükəsizlik naziri ilə görüşüb

Dünya Azərbaycanlıları Platformasının sədri Samir İsgəndəroğlu Qırğızıstanda işgüzar səfərdə olub.

Səfər zamanı onun Qırğızıstan Prezidentinin köməkçisi Rövşənbək Sabirov və Qırğızıstanın dövlət təhlükəsizlik naziri Kamçıbək Taşıyev ilə görüşü baş tutub.

Görüş zamanı Samir İsgəndəroğlu Rövşənbək Sabirov və Kamçıbək Taşıyevə Sabir Şahtaxtlının “Soyqırımdan Xocalıya” kitabını hədiyyə edib.

S.İsgəndəroğlu daha sonra Çingiz Aytmatovun ev muzeyini ziyarət edib. O, Çingiz Aytmatovun oğlu Eldar Aytmatovla görüşdükdən sonra xatirə dəftərinə ürək sözlərini yazıb. Dostluq, qardaşlıq əhval-ruhiyyəsində başa çatan görüşdən sonra Samir İsgəndəroğluna Qırğızıstanın milli geyimi hədiyyə edilib.

Səfər başa çatdıqdan sonra Türkiyəyə geri dönən Samir İsgəndəroğlu Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan ilə görüşüb və Qırğızıstan səfəri barədə ona ətraflı məlumat verib.

Qeyd edək ki, Samir İsgəndəroğlu əslən azərbaycanlıdır, 2010-cu ildən Ankarada yaşayır, Türkiyə vətəndaşıdır. Geniş ictimai fəaliyyətlə məşğuldur. 2018-ci ildən Ədalət və İnkişaf Partiyasının üzvüdür. Həmin ildə də bu partiyadan Türkiyə Böyük Millət Məclisinə deputatlığa namizəd olub.

Dünya Azərbaycanlıları Platforması Samir İsgəndəroğlu tərəfindən 2019-cu il 28 may tarixində təsis edilib, yarandığı tarixdən Dünya Azərbaycanlıları Platforması “Qarabağ Azərbaycandır” layihəsinə start verib. Layihə çərçivəsində Türkiyə Parlamentində Xocalı soyqırımı, ermənilərin vəhşilikləri ilə bağlı kitab sərgisi təşkil edilib.