"İƏT Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyini həmişə dəstəkləyib”
Bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov İƏT Baş katibi Yusif bin Əhməd Əl-Osayminlə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, İƏT-in Təmas Qrupu Azərbaycanda səfərdədir. Onlar yerində vəziyyəti görmək, qiymətləndirmək, işğaldan azad olunmuş ərazilərdəki son vəziyyəti görmək üçün Azərbaycana gəlib: "İƏT Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyini həmişə dəstəkləyib. Təşkilat bu münaqişənin beynəlxalq hüquqa ərazi bütövlüyü çərçivəsində həllinə dəstək verib.
Təşkilat 44 günlük müharibə dövründə də beynəlxalq hüquqa əsaslan mövqeyini nümayiş etdirib buna görə Baş katibə təşəkkür edirəm.
Vətən müharibəsindən sonra meydana gələn yeni mövcud vəziyyət İƏT çəçivəsində XİN Şurasının noyabrın sonlarında keçirilən toplantısında müzakirə olunub. Müvafiq qətnamələr qəbul olunub".
Nazir deyib ki, Azərbaycana gələn diplomatlar vəziyyətlə bağlı yerində tanış olub, işğaldan azad olunmuş Ağdam rayonuna səfər ediblər, həmçinin, müharibə zonasından uzaq olan amma Ermənistanın mülki əhaliyə qarşı hücum etdiyi ərazilərə də İƏT nümayəndələri səfər edib. İƏT diplomatları 10 illiklər ərzində Ermənistanın törətdiyi vandallığı görüblər: “Üçtərəfli bəyanat yeni təhlükəsizlik formatı və yeni inkişafın əsasını təşkil edən təməl formalaşıb. Belə halda bu ərazilərin bərpası və müəyyən dövrdən sonra məcburi köçkünlərin ata baba torpaqlarına qayıtması üçün müvafiq addımlar atılır.
Həmçinin Azərbaycan hökuməti dövlətlərarası münasibətlərin bərpasının önəmini başa düşür region üçün sabitliyin vacibliyini anlayır.
Ermənistan ərəfədən qeyri konstruktiv addımları hərəkətləri müşahidə edirik.
Ermənistan beynəlxalq hüququn norma prinsiplərinə zidd olaraq mina xəritələrini Azərbaycana və beynəlxalq təşkilatlara təqdim etmir, müharibə siyasətini davam etdirir
Azərbaycan tərəfi sistematik hesabatlar hazırlayır beynəlxalq təşkilatların diqqətinə çatdırılır. Xüsusilə vətəndaş cəmiyyəti son günlər bu istiqamətdə fəallıq nümayiş etdirir, imzatoplama kampaniyaları keçirir.
Beynəlxalq təşkilatlara Azərbaycanın haqq mövqeyini dəstəkləməyə çağırırıq.
Ermənistanın XİN-in revanşist bəyanatlarını görürük, təəssüflər ki, bu yeni reallıqlar tam dərk olunmama anlamına gəlir. Bu ritorikadan nə qədər tez çəkilərsə, Ermənistan üçün xeyirli olar.
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ölkəmizə qarşı təhdid olarsa, Azərbaycan buna cavab verəcək”.