• 30 Noyabr 2021
logo
Rusiya ABŞ-la münasibətlərdə ən pis ssenariyə hazırdır

Rusiya ABŞ-la münasibətlərdə ən pis ssenariyə hazırdır

Moskva ABŞ-la münasibətlərdə ən pis ssenariyə hazırdır.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ-dan rusiyalı diplomatların çıxarılmasının mümkünlüyü ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.

“Başa düşürsünüz, Amerika tərəfinin düşmənçilik və proqnozlaşdırıla bilinməyən fəaliyyəti bütövlükdə bizi ən pis ssenarilərə hazır olmağa məcbur edir. Yəni ki, sizin olduqca aqressiv əhval-ruhiyyəli həmsöhbətiniz olduqda, təbii ki, siz hər zaman mobilizə olunmuş vəziyyətdə olursunuz”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, KİV-də ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi ilə bağlı ssenarilər yayılıb. Rusiyalı diplomatların ABŞ-dan çıxarıla biləcəyi də qeyd olunur.