• 13 Noyabr 2024
logo
Münaqişə bitəndən Azərbaycanın 20 vətəndaşı mina partlayışında həlak olub, 65-i yaralanıb

Münaqişə bitəndən Azərbaycanın 20 vətəndaşı mina partlayışında həlak olub, 65-i yaralanıb

"Münaqişə bitəndən bəri 9-u mülki şəxs olmaqla, 20 Azərbaycan vətəndaşı mina partlayışları nəticəsində həyatını itirib".

APA-nın məlumatına görə, bunu BMT-nin İqtisadi-Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, 8-i mülki şəxs olmaqla, 65 vətəndaş ağır yaralanıb: “Mina qurbanı olan 20 insanın həyatı xilas edilə bilərdi. Ermənistan bunu etmədi. Ermənistanın insan həyatına bais olan minaları basdırması müharibə cinayətidir".