• 13 Fevral 2025
logo
MSK: Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsi ilə bağlı rəsmi sənəd daxil olmayıb

MSK: Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsi ilə bağlı rəsmi sənəd daxil olmayıb

Millət vəkili Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) rəsmi sənəd daxil olmayıb.
Trend-in məlumatına görə, bunu MSK Katibliyinin müdiri Rövzət Qasımov deyib.
O bildirib ki, müvafiq sənəd daxil olduqdan sonra MSK buna qanunvericiliyə uyğun reaksiya verəcək və lazımi qərarları qəbul edəcək.
Qeyd edək ki, R.Cəbrayılov deputat mandatından məhrum edilməsi ilə bağlı MM-ə müraciət edib.