• 8 Dekabr 2021
logo
İƏT-in Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncəyə səfəri başlayıb

İƏT-in Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncəyə səfəri başlayıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncə şəhərinə səfəri başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, qonaqlar Gəncədə Ermənistanın Vətən müharibəsi zamanı raket atəşi nəticəsində onlarla mülki şəxsin həlak olduğu, böyük dağıntılara məruz qalan Qələbə meydanına baş çəkəcəklər. Həmçinin şəhərdə Ermənistanın Gəncədə törətdiyi müharibə cinayətləri ilə tanış olacaqlar.

Qeyd edək ki, nümayəndə heyəti bu gün işğaldan azad edilmiş Ağdam şəhərinə də səfər edərək, erməni vəhşiliyi tanış olublar.