• 28 Noyabr 2021
logo
Rusiya ordusunda döyüş hazırlığının yoxlanılmasına başlanılıb

Rusiya ordusunda döyüş hazırlığının yoxlanılmasına başlanılıb

Rusiya Silahlı Qüvvələrində döyüş hazırlığının yoxlanılmasına başlanılıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu müşavirədə bildirib.

Onun sözlərinə görə, qoşunlar taktiki, taktiki-xüsusi və ikitərəfli təlimlər üçün poliqondadırlar.

Məlumata görə, aprel ayı ərzində 4048 müxtəlif miqyaslı təlim keçiriləcək.

Bildirilib ki, təlimlər bütün Hərbi Dairələri və Şimal flotunu, eyni zamanda, Kuril adalarını, Uzaq Şimal bölgəsi və Kamçatkanı əhatə edir.