• 1 Dekabr 2020
logo
“Saber Junction - 19” təlimi başa çatıb

“Saber Junction - 19” təlimi başa çatıb

ABŞ Avropa Komandanlığı (EUCOM) tərəfindən Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimi başa çatıb.
Müdafiə Nazirliyindən bildirilib ki, təlimdə iştirak edən hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəliblər və onların peşəkarlığı beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.
Bu cür təlimlərin iştirakçı ölkələrin orduları arasında təcrübə mübadiləsi, əməliyyat uyarlılığının əldə olunması, bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və hərbi qulluqçuların fərdi bacarıqlarının təkmilləşdirilməsi baxımından çox mühüm olduğu bildirilib.