• 1 Dekabr 2021
logo
Ermənistan konstruktiv yanaşma nümayiş etdirməli və mina xəritəsini verməlidir - Ukraynalı ekspert

Ermənistan konstruktiv yanaşma nümayiş etdirməli və mina xəritəsini verməlidir - Ukraynalı ekspert

Ermənistan minalanmış sahələrin xəritəsini təqdim etməklə minaların təmizlənməsinə kömək etməlidir.

Bunu Trend-ə ukraynalı ekspert, professor Aleksandr Merejko deyib.

O bildirib ki, beynəlxalq humanitar hüquqda minaların istifadəsi tam qadağan edilməyib:

"Bununla belə, müəyyən növ minaların, xüsusən tələ minaların və piyada əleyhinə minaların istifadəsini qadağan edən konvensiyalar mövcuddur. Müharibə qanunlarını nəzərə alsaq, demək olar ki, minaların istifadəsi istənilən halda nəzarətə götürülməlidir".

Ekspertin sözlərinə görə, 1997-ci il Minaların qadağan olunması və məhvinə dair Konvensiyada qeyd olunub ki, hər bir iştirakçı dövlət ərazilərin minalardan təmizlənməsinə mövcud imkanlar daxilində kömək göstərməlidir:

"Bir sözlə, Ermənistan konstruktiv yanaşma nümayiş etdirməli və azad edilən ərazilərə qayıdan dinc sakinlərin həyatını təhlükəyə atmamaq üçün minalanmış ərazilərin xəritəsini təqdim etməlidir".

(Tərcümə: Orxan Nəbiyev)