• 13 Noyabr 2024
logo
Lavrov: “Rusiya Çinlə hərbi ittifaq yaratmağı planlaşdırmır”

Lavrov: “Rusiya Çinlə hərbi ittifaq yaratmağı planlaşdırmır”

“Rusiya Çinlə hərbi ittifaq yaratmağı planlaşdırmır”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov hindistanlı həmkarı Subramaniam Cayşankarla keçirdiyi birgə mətbuat konfransında deyib.

“Bu haqda biz ancaq danışırıq. Bu həm də Rusiya-Çin sammiti zamanı qəbul olunan ikitərəfli sənədlərdə də qeyd olunub. Orda deyilir ki, münasibətlərimiz tarixdə ən yüksək səviyyəyə çatıb, lakin bu münasibətlər hərbi ittifaq məqsədi daşımır. Yeri gəlmişkən, hərbi ittifaqlar barədə yalnız Rusiya-Çin münasibətləri ilə əlaqədar spekulyasiyaları eşidirik”, - deyə Rusiya XİN başçısı vurğulayıb.