• 8 Dekabr 2021
logo
Çavuşoğlu BMT Baş Assambleyasının Prezidenti ilə görüşüb

Çavuşoğlu BMT Baş Assambleyasının Prezidenti ilə görüşüb

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş Assambleyasının Prezidenti, 75-ci Sessiyanın Sədri Volkan Bozkırla görüşüb.

Bu barədə Türkiyə XİN başçısı “Twitter”də bildirib.

“Onun rəhbərliyi altında BMT Baş Assambleyasının fəaliyyəti pandemiyaya baxmayaraq, fasiləsiz davam edir”, - deyə Mövlud Çavuşoğlu vurğulayıb.

XİN başçısı qeyd edib ki, Türkiyənin BMT-dəki lider rolu davam edəcək.

“İstanbulu BMT-nin mərkəzi edəcəyik”, - deyə M. Çavuşoğlu qeyd edib.

Görüş V. Bozkırın Türkiyəyə səfəri çərçivəsində baş tutub.

Xatırladaq ki, BMT Baş Assambleyasının Prezidenti Türkiyədən sonra Qətər və Azərbaycana da səfər edəcək.