• 28 Noyabr 2021
logo
İran XİN: Bütün sanksiyalar birdəfəlik ləğv olunmalıdır

İran XİN: Bütün sanksiyalar birdəfəlik ləğv olunmalıdır

“Bütün sanksiyalar birdəfəlik ləğv olunmalıdır”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu bu gün İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə Vyanada İran və 5+1 ölkələri ilə görüşdən öncə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Vyanada sabah baş tutacaq görüş Hərtərəfli Birgə Fəaliyyət Planının (HBFP) müştərək komissiyasının iclasında ABŞ-ın sanksiyalarının ləğv edilməsi və qarşı tərəfin öhdəliklərinin necə icra olunması məsələsi müzakirə olunacaq: “ABŞ-ın səhv yoldan dönməsini və düzgün yola qayıtmasını alqışlayırıq. Avropa ölkələri ilə baş tutacaq sabahkı görüşdə hüquqi və texniki məsələlər müzakirə olunacaq”.
XİN sözçüsü vurğulayıb ki, 5+1 ölkələrinin ABŞ-la harada və necə müzakirə aparmaları onların özlərinə aiddir: “Onlar bizdən öhdəlikləri yerinə yetirməyi istəyiblər və bu yalnız bütün sanksiyaların ləğvi ilə mümkündür. Sanksiyaların ləğvi ilə bağlı 2017-ci ilin yanvar ayının 20-nə qayıtmalıyıq. Bütün sanksiyalar birdəfəlik ləğv olunmalıdır. Beynəlxalq aləmdə bizim həmkarlarımıza qarşı tətbiq olunmuş sanksiyalar da ləğv olunmalıdır. Fransadan gözləntimiz budur ki, konstruktiv yolla hərəkət etsin və öhdəliklərini yerinə yetirsin. Avropa ölkələri öhdəliklərini yerinə yetirməkdə səhlənkarlıq edib”.