• 15 May 2025
logo
Səfir: "Yaponiya bərpa prosesində Azərbaycana dəstək göstərməyə hazırdır"

Səfir: "Yaponiya bərpa prosesində Azərbaycana dəstək göstərməyə hazırdır"

Ağdam rayon Paşabəyli kənd uşaq bağçasının yeni binası istifadəyə verilib.

APA-nın yerli bürosunun məlumatına görə, müəssisənin açılışında Ağdam Rayon İcra Hakimiyyətinin başçısı, Yaponiyanın Azərbaycandakı səfiri Vadan Cüniçi iştirak edib.

Yaponiyanın Azərbaycandakı səfiri Vadan Cüniçi bildirib ki, Yaponiya hökumətinin həyata keçirdiyi proqram çərçivəsində yeni bağça inşa edilib: “İşıqlı, təmiz, təhlükəsiz bağçada vaxtını keçirən şən uşaqların simasını gördüyüm üçün çox şad oldum. Bundan sonra da Paşabəyli kəndinin uşaqlarının bu bağçadan istifadə edərək öz vaxtlarını daha da şən keçirməsini arzulayıram”

Vadan Cüniçinin sözlərinə görə, Yaponiya hökuməti bundan sonra da Azərbaycanın müxtəlif bölgələrinin əhalisinin ehtiyaclarına cavab vermək, Azərbaycan əhalisinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində öz töhfəsini verəcək.

Səfir Azərbaycan xalqına müharibə qurbanlarına görə başsağlığı verib: "Xüsusilə uşaqların və mülkü şəxslərin qurban olmağı bizi çox təsirləndirdi”.

Yaponiyalı diplomat bərpa prosesinin uzun proses olduğunu bildirib: “Hökumət olaraq biz də öz dəstəyimizi göstərməyə hazırıq. Düşünürəm ki, bundan sonra inkişaf üçün, həm də sülhün bərpası üçün hamı əlindən gələni etməlidir. Biz də Yaponiya dövləti olaraq sülhün tərəfindəyik”.