• 18 May 2025
logo
“Davranış Mədəniyyəti Konsepsiyası”nın hazırlanması məqsədi ilə sorğu keçirilir

“Davranış Mədəniyyəti Konsepsiyası”nın hazırlanması məqsədi ilə sorğu keçirilir

Mədəniyyət Nazirliyində “Davranış Mədəniyyəti Konsepsiyası”nın hazırlanması prosesinə başlanılıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, ilkin mərhələ olaraq ictimai rəyin öyrənilməsi məqsədilə sorğu keçirilir və vətəndaşlar sorğuda iştirak etməyə dəvət edilir.

Sorğunun keçirilməsinin məqsədi gənclərə milli-mənəvi dəyərlərin aşılanması, milli ruhda tərbiyə edilməsi və milli mənsubiyyətimizin qorunmasına töhfə verəcək “Davranış Mədəniyyəti Konsepsiyası”nın hazırlanmasında vətəndaşların rəyinin öyrənilməsidir.
Qeyd edək ki, keçirilən sorğu vasitəsilə vətəndaşların milli və bəşəri dəyərlər haqqındakı fikirləri öyrəniləcək, bu dəyərlərin cəmiyyətdə mənimsənilməsi, qiymətləndirilməsi və insanların gündəlik həyatlarına olan təsiri ilə bağlı məlumatlar əldə ediləcək.

Hazırlanan sorğudan əldə olunan məlumatlar milli-mənəvi dəyərlərə yanaşmanın müəyyənləşdirilməsi və vahid bir konsepsiyanın hazırlanmasında vacib mərhələdir.

Sorğuda könüllü olaraq 18 yaşından yuxarı hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər. Sorğu kompaniyası 1 (bir) ay müddətində aparılacaqdır.

Sorğuya keçid üçün https://forms.gle/v2CvcoYjUB2Kw9U9A linkindən istifadə edə bilərsiniz.