• 7 Dekabr 2021
logo
Deputat: “Şəhidlərin ailə üzvlərinin, qazilərin işlə təmin olunması üçün əngəllər aradan qaldırılmalıdır”

Deputat: “Şəhidlərin ailə üzvlərinin, qazilərin işlə təmin olunması üçün əngəllər aradan qaldırılmalıdır”

“MDB məkanındakı ölkələrlə müqayisədə Ombudsmana müraciətlər Azərbaycanda daha çoxdur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, bunun səbəbləri təhlil olunmalıdır: “Bu müraciətlərin artması Ombudsmanın sənədin sonunda hazırladığı təkliflərin verilməsində xüsusi rol oynayıb. Müraciətlər insan hüquqlarının pozulması hallarının qarşısının alınmasında da müsbət rol oynayıb. Konstitusiyanın insan hüquqları ilə bağlı bəndlərini pozanlar bu sənədə diqqətlə baxmalıdır. Bu sənəd vəzifəsindən sui-istifadə edənlərlə bağlı müraciətlərdə mühüm rol oynayır. Ombudsmana olan müraciətlərin strukturu ilə deputatlara olan müraciətlərin strukturu arasında oxşarlıqlar var. Hazırda insanları narahat edən məsələlərdən biri iş yerləri ilə təmin olunmaqdır. Buna son qoyulmalıdır. Xüsusilə də şəhidlərin ailə üzvlərinin, qazilərin işlə təmin olunması üçün bürokratik əngəllər aradan qaldırılmalıdır”.
Deputat qeyd edib ki, əlilliyi olan şəxslərlə bağlı Ombudsmana da, deputatlara da kifayət qədər müraciət olur: “Biz o qazilərə borcluyuq. Onları get-gələ salanlar layiqli cavabını almalıdır. Ünvanlı sosial yardımla bağlı da insanlara xeyli problemlər yaradırlar. Kiçik torpaq sahəsi olan insanlara bu verilmir. Bu məsələ bir neçə dəfə qaldırılsa, yarımüsbət cavab verilib. 190 manat məsələsi gündəmə gələndə bu problem özünü qabarıq şəkildə göstərdi. Bu məsələ artıq öz həllini tapmalıdır. Autizm sindromlu uşaqlara da biganəlik göstərilir. Bunun da aradan qaldırılması vacibdir. Onların həyata qoşulması üçün böyük xərclər lazımdır”.