• 8 Dekabr 2021
logo
Ombudsman: “Ermənistan rəhbərliyi barədə hüquqi tədbirlər görülməsi üçün beynəlxalq təşkilatlara müraciət edilib”

Ombudsman: “Ermənistan rəhbərliyi barədə hüquqi tədbirlər görülməsi üçün beynəlxalq təşkilatlara müraciət edilib”

“Ötən il qazanılan şanlı qələbə münasibətilə Cənab Prezidentimizi, Şanlı Ordumuzu, uzun illərdən o torpaqlardan köçkün düşmüş məcburi köçkünlərimizi təbrik edirəm”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ombudsman Səbinə Əliyeva deyib.

Ombudsman bildirib ki, ötən il Ali Baş Komandanın rəhbərliyi altında işğalda olan torpaqlarımızın azad olunması istiqamətində rəşadətli Azərbaycan Ordusunun qazandığı möhtəşəm qələbə şanlı tariximizdə əsl qəhrəmanlıq salnaməsidir: “Müharibə dövründə Ermənistanın təcavüzü nəticəsində dağılan cəbhə xəttindən uzaq rayon və şəhərlərə mütəmadi səfərlər etmişəm, faktaraşdırıcı missiya həyata keçirmişəm. Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün beynəlxalq qurumlara müsahibələr verilib, müraciətlər ünvanlanıb. Həmin müraciətlərdə Ermənistanın Azərbaycan əsirlərinə qarşı qeyri-insani rəftarına beynəlxalq təşkilatlar tərəfindən qiymət verilməsi, Ermənistanın siyasi rəhbərliyinə qarşı beynəlxalq hüquqi tədbirlərin görülməsi tələbləri yer alıb”.