• 7 Dekabr 2021
logo
Millət vəkili: “Aprel döyüşləri Qarabağın azad olunmasının qapısının açılması dövrü idi”

Millət vəkili: “Aprel döyüşləri Qarabağın azad olunmasının qapısının açılması dövrü idi”

“Aprel döyüşləri Qarabağın azad olunmasının qapısının açılması dövrü idi”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, ancaq Aprel döyüşlərindən sonra orduda baş verənlər, istintaqa cəlb edilənlər və s. bu gün müzakirə olunur: “Çox istərdim ki, bu məsələyə dövlət orqanları münasibət bildirsin. Ayrı-ayrı şəxslərin törətdiyi cinayətlərin hesabını dövlət ödəməməlidir. Səlahiyyətindən sui-istifadə edən insanların əməllərinə görə dövlət cavab verməməlidir. Qazandığımız uğuru davam etdirmək üçün sağlam mühit yaradılması olduqca vacibdir”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Səlcuq Bayraktara verdiyi “Qarabağ ordeni” onun anasının südü kimi halaldır: “Bu, dövlət başçımızın qədirbilənliyinin göstəricisidir”.

Deputat Türk Şurasının zirvə görüşündən də bəhs edib və bildirib ki, ortaq türk dövlətlərinin əlifbasının yaradılması məsələsinə baxılmalıdır.