• 12 İyul 2025
logo
Milli Məclisin deputatları Bolqarıstanda parlament seçkilərini müşahidə edəcəklər

Milli Məclisin deputatları Bolqarıstanda parlament seçkilərini müşahidə edəcəklər

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev Bolqarıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün aprelin 2-də bu ölkənin paytaxtı Sofiya şəhərinə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin, Rauf Əliyev isə Milli Məclisin xətti ilə seçkiləri izləyəcəklər.

Aprelin 4-də keçiriləcək seçkilər zamanı deputatlarımız bir sıra məntəqələrdə olacaq, orada yaradılmış şəraitə, seçicilərin fəallığına diqqət yetirəcək, prosesin gedişini müşahidə edəcəklər.

Səfər aprelin 6-da başa çatacaq.