• 27 Aprel 2024
logo
Öz siyasi və hüquqi qiymətini almış hadisələr: 1995-ci ilin mart hadisələri

Öz siyasi və hüquqi qiymətini almış hadisələr: 1995-ci ilin mart hadisələri

Azərbaycan tarixinə mart hadisələri kimi düşmüş 1995-c ilin 13-17 martında dövlət çevrilişinə cəhdi o zamanın mürəkkəb məqamlarından biridir. Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında müdrik Azərbaycan xalqının tələbi və çağrışı ilə Bakıya siyasi hakimiyyətə ikinci dəfə qayıdanda ölkə demək olar ki, tam siyasi böhran içərisində idi. Şimalda “Sadval” separatizmi, cənubda Talış-Muğan Respublikası xülyası, qərbdə erməni işğalı, mərkəzdə isə müxtəlif siyasi qüvvələr arasında kreslo davası ölkəni çökdürməkdə idi. Vətəndaş müharibəsinin başlanması isə an məsələsi idi , desək də əslində bu proses də lokal şəkildə baş verirdi ,necə deyərlər, məşqlər keçirilirdi. Məhz belə bir çətin şəraitdə Ulu Öndər canı qədər sevdiyi xalqının taleyini fikirləşərək yenidən hakimiyyətə gəlməyə razılıq verdi. Tez bir zamanda ölkədə siyasi stabilliyə nail olmaq üçün tədbirlər görməyə başladı. Paralel olaraq torpaqların müdafiəsi və işğal olunmuş ərazilərin azad olunması üçün ordu quruculuğuna start verdi. Lakin çox təəssüflər olsun ki, dövlətə tabe olmaq istəməyən dəstələr də mövcud idi. Onlar nəinki tabe olmaq istəmir, hətta dövlət çevrilişi etmək üçün müxtəlif xarici qevvələrlə planlar hazırlayırdılar . Mahir və Rövşən Cavadov qardaşları, eləcə də onlarla dəstək verən siyasi müxalifət isə hazırlanan bu çevrilişin başında idi. 1995-ci ilin mart ayının 13-nə keçən gecə OMON-un Ağstafa və Qazax rayonunda yerləşən bölmələri tərəfindən bir sıra dövlət idarələrinə edilən silahlı hücumlar dövlət əleyhinə faktiki qiyam odi. Bu qiyam martın 15-də Azərbaycan ordusunun bölmələri tərəfindən yatırılsa da martın 16-17-də isə Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri Rövşən Cavadovun rəhbərliyi ilə İndi isə Bakıda çevrilişə cəhd edildi. Bütün sülh çağrıçşarına silah gücü nümayiş etdirən dəstəsyə qarşı ciddi tədbir görüldü.Əks həmlə ilə Azərbaycan Silahlı Qüvvələrinin dəstələri üsyançıların düşərgəsini mühasirəyə aldı və qiyam yatırıldı.
Artıq ordu quruculuğuna başlandığı bir dövrdə “OMON”-a dəfələrlə təklif edilmişdi ki, Daxili İşlər Nazirliyinin daxilində qeydiyyatdan keçsin və bu qurumun tabeçiliyində fəaliyyət göstərsin. Amma “OMON”-çu dəstələr bütün cəhdlərə baxmayaraq, hakimiyyətə müqavimət göstərmək qərarına gəldilər. Açıq şəkildə mətbuata verdikləri müsahibələrdə Dövlət Şurası yaradılması, orada Elçibəy və Mütəllibovun ,digər şəxslərin iştirak edəcəklərini bəyan edirdilər. Üstəlik, bəzi vəzifəli şəxslərin istefasını təkidlə tələb edirdilər. Bir sözlə dövlətin himayəsi ilə yaradılmış bir qurum sonradan dövlətin əleyhinə olan qiyamçı dəstəyə çevrildi.Dövlət başçısının çağırışlarına məhəl qoymayaraq dövlətə tabe olmaqdan boyun qaçırdılar.
Əslində ölkə ərazisində demək olar ki, özbaşınalıq edərək dükan-bazarlara basqınlar edən, insanları döyüb təhqir edən OMONçular xalqın Ulu Öndərə sevgi və inamını görünür ki, nəzərə almırdılar. 15 mart 1995-ci il tarixində Ulu Öndər Heydər Əliyevin XTPD-nin dövlət çevrilişinə cəhd göstərməsi ilə əlaqədar televiziya və radio ilə xalqa müraciət etməsi ilə az bir zamanda Bakının müxtəlif yerlərində xalq Prezidentin çağrışın asəsə verdi.Qiyamın baş tutmamasının əsas səbəbi Azərbaycan xalqının ulu öndərə və qanuni hakimiyyətə birmənalı dəstəyinin nümayişi idi.
İqtidarda olan hər bir hakimiyyətin əsas vəzifəsi ölkənin bütövlüyünün qorunmasını təmin etməkdir. Azərbaycanın bütövlüyünün qorunması da Ulu Öndər Heydər Əliyevin tarixi missiyası idi. Qeyd edildiyi kimi Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə Azərbaycan tam böhran vəziyyətində idi. Ona görə də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ilk öncə vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı və ölkədə davam edən hakimiyyət böhranına, anarxiya və özbaşınalığa son qoydu. Bu problemlərin aradan qaldırılması və tam sabitliyə nail olması zaman insanların münasibəti bir daha göstərdi ki, Azərbaycan xalqı və onun ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir, onları müdafiə etmir və öz liderinin yanındadır.
Hadisələrin gedişi onu göstərirdi ki, dövlət çevrilişinə cəhd edən qeyri - qanuni silahlı birləşmələrin rəhbəri Rövşən Cavadov və onun ətrafı hakimiyyəti silah gücünə, qeyri-qanuni yolla ələ keçirməkdə tam israrlıdır. Vəziyyət o yerə çatmışdır ki, onlar ağsaqqalları, ziyalıları, hətta yaşlı atalarını da dinləmirdilər. Cəmiyyətdə isə dövlət çevrilişinə cəhd göstərənlərə qarşı şiddətli nifrət yaranmışdı. Xalq kütlələri xəyanətkar və cinayətkar əməllərə son qoyulmasını tələb edirdi. Bu proseslərdən faydalanmaq arzusuna düşən dağıdıcı müxalifət partiyalarının nümayəndələrinin xalq arasında apardığı təbliğat işləri də heç bir nəticə vermədi.
Bir sözlə xalq müstəqillik yolunu seçibsə və bu ağır və şərəfli yolda onun layiqli lideri varsa o zaman o xalqın müstəqillik iradəsi dönməz və əbədidir. Heydər Əliyevin ölkəmizin müstəqilliyi yolunda apardığı mübarizə dstemli olmuşdur. 1991-ci il martın 14-də Naxçıvan MR Ali Məclisinin sessiyası SSRİ-nin saxlanmasına dair Ümumittifaq referendumunda Naxçıvan MR-in iştirak etməməsi haqqında qərar qəbul edilməsi buna baris nümunədi. Bu isə əlbəttə ki, xalqın dəstəyi ilə Heydər Əliyev iradəsinin və uzaqgörən siyasətinin təntənəsi idi. Məhz Ulu Öndərin rəhbərli altında qəbul edilən bu qərar xalqın ona olan inamının əbəs yerə olmadığını sübut etdi.Bu qərar meydanlarda, küçələrdə verilən qərar deyil, düşülnülmüş, gələcəyə hesablanmış bir qərar idi. Bu gün dünya çapında və beynəlxalq aləmdə özünəməxsus yeri və çəkisi olan Azərbaycan həmin gərgin zamanlarda qəbul olunan qəraraların məntiqi nəticəsidir.Bunun bariz nümunəsi o siyasətin davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunu 44 günə öz torpaqlarını düşmən tapdağından azad edib haqq-ədaləti bərpa etməsi təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş strateji hədəflərə zərgər dəqiqiqliyi ilə yanaşmanın məntiqi nəticəsidir.

Bakı şəhəri 138 nömrəli tam orta məktəbin direktoru ,
Riyaziyyat üzrə fəlsəfə doktoru
Mirfaiq Mirheydərli.