• 25 Noyabr 2020
logo
Azəri-Türk Qadınlar Cəmiyyətin sədri: Fuad Qəhrəmanlının ailəsinə qarşı göstərdiyi şiddət cəmiyyət üçün çox üzücüdü

Azəri-Türk Qadınlar Cəmiyyətin sədri: Fuad Qəhrəmanlının ailəsinə qarşı göstərdiyi şiddət cəmiyyət üçün çox üzücüdü

Fuad Qəhrəmanlının ailəsinə qarşı göstərdiyi şiddət cəmiyyət üçün çox üzücüdür.
Trend-in məlumatına görə, bunu Azəri-Türk Qadınlar Cəmiyyətin sədri Tənzilə Rüstəmxanlı Yeni Azərbaycan Partiyasında (YAP) qadın hüquqlarına həsr olunmuş konfransda deyib.
O qeyd edib ki, ailədə həmişə sevgi və sayğı olmalıdır: “Məlum hadisə məni üzdü. Bu hadisənin mərkəzində duran siyasi iqtidara iddiası olan şəxsdir. Ona görə bu məsələni müzakirə edirik. Bu kimi məsələlərə ictimai qınaq olmalıdır. Mən onlardan çox çəkmişəm. Onlar ağıza almayacaq səviyyədə söyüşlər söyürlər, təhqirlər edirlər, çünki söyüşü ancaq zəiflər edər. Qadınlarımıza qarşı zorakılığı qınayırıq. Heç kimin təhqir və söyüşlərindən qorxmadan sözünüzü deməkdən çəkinməyin”.