• 23 Noyabr 2020
logo
Deputat: AXCP bu hərəkətə görə Azərbaycan qadınlarından üzr istəməlidir

Deputat: AXCP bu hərəkətə görə Azərbaycan qadınlarından üzr istəməlidir

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Məlahət İbrahimqızı AXCP-nin sədrliyindən istefa vermiş Fuad Qəhrəmanlının ailəsində nümayiş etdirdiyi zorakılığa münasibət bildirib.
Trend-in məlumatına görə, YAP-ın qərargahında qadın hüquqlarına həsr edilmiş konfransda M.İbrahimqızı bildirib ki, hakimiyyətə gəlmək iddiasında olan bir şəxs ailəsində qadınlara işgəncə verirsə, belə adamlar vəzifəyə gəlsə, qadınlara daha çox şiddət göstərər.
M.İbrahimqızı vurğulayıb ki, belə şəxslər vəzifəyə gələ bilməzlər: "Avropa ölkələrində hər hansı şəxsi vəzifəyə təyin edərkən onun qadınlara münasibəti də nəzərə alınır. Əgər həmin şəxs qadınlara qarşı pis münasibət göstərirsə, onu qabağa çəkmirlər".
Millət vəkili bildirib ki, AXCP bu hərəkətə görə Azərbaycan qadınlarından üzr istəməlidir: "Bu hərəkət Azərbaycan qadınlarının adına bütün dünyada mənfi təsir göstərir. Ona görə də, partiya Azərbaycan qadınlarından üzr istəməlidir".