Türkiyə mediası: Azərbaycan Prezidenti İlham Əliyev Şuşada Novruz tonqalını alovlandırdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Şuşada Cıdır düzündə bayram tonqalı alovlandırmaqları Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandırılıb.
Türkiyə mediası xəbəri "Azərbaycan Prezidenti Əliyev Şuşada Novruz tonqalını alovlandırdı" kimi sərlövhələrlə təqdim ediblər. Bundan başa, məlumatlarda dövlətimizin başçısının Şuşa şəhərindəki çıxışından bəzi mühüm fikirlər də türkdilli oxuculara çatdırılıb. Prezident İlham Əliyevin "Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik" fikri bir çox media orqanları tərəfindən başlığa çıxarılıb.
Anadolu və DHA xəbər agentlikləri, "CNN Türk", "Haber türk", "TRT Haber", "A Haber", "Haber Global" telekanallarında, eləcə də "Yeni Şafak", "Hürriyet", "Cumhuriyet", "Takvim" və digər qəzetlərin saytlarında da yerləşdirilən məlumatlar orijinal videomateriallar və fotolarla təqdim olunub.
Digər xəbərlər
16 Oktyabr 2026 19:08
385
16 Oktyabr 2026 10:02
357
16 Oktyabr 2026 10:01
266
16 Oktyabr 2026 08:59
1 519
15 Oktyabr 2026 11:44
385
15 Oktyabr 2026 09:48
2 366
14 Oktyabr 2026 14:39
2 807
13 Oktyabr 2026 09:21
3 003
12 Oktyabr 2026 16:07
2 380
12 Oktyabr 2026 11:07
1 274
10 Oktyabr 2026 20:47
3 122
9 Oktyabr 2026 15:22
4 235