• 23 Aprel 2024
logo
Prezident Administrasiyası: Türkiyə hər zaman Dağlıq Qarabağ məsələsini gündəmdə saxlayacaq

Prezident Administrasiyası: Türkiyə hər zaman Dağlıq Qarabağ məsələsini gündəmdə saxlayacaq

Türkiyə əvvəllər olduğu kimi hər zaman Dağlıq Qarabağ məsələsini gündəmdə saxlayacaq.
Bu barədə özəl olaraq Trend-ə Türkiyə Prezident Administrasiyasından bildiriblər.
Qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən kənarda həlli qəbulolunmazdır:
“Dağlıq Qarabağ problemi regionda ən aktual problemlərdəndir”.
Administrasiyadan bildiriblər ki, münaqişənin indiyədək nizamlanmaması Azərbaycana qarşı tətbiq olunan ikili standartların nümunəsidir:
“Türkiyə hər zaman bütün sahələrdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanı dəstəkləyib”.