• 29 Noyabr 2023
logo
Regionda kommunikasiyalar açılsa, Ermənistan da faydalarını görəcək - Ceyhun Bayramov

Regionda kommunikasiyalar açılsa, Ermənistan da faydalarını görəcək - Ceyhun Bayramov

Regionda kommunikasıyalar açılsa, bütün region ölkələri, o cümlədən Ermənistan bunun faydasını görəcək.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Slovakiyanın Xarici və Avropa İşləri naziri İvan Korçokla birgə mətbuat konfransında deyib.

C.Bayramov bildirib ki, 10 noyabr razılaşmasında kommunikasiyaların açılması nəzərdə tutulub. Nazir bildirib ki, kommunikasiyaların açılması üçün bütün tərəflər öz öhdəliklərini yerinə yetirilməlidir. O qeyd edib ki, Azərbaycan regionda sülhün və əməkdaşlığın tərəfdarıdır.