• 1 Dekabr 2023
logo
Azərbaycan vətəndaşları gələn aydan Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcək

Azərbaycan vətəndaşları gələn aydan Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcək

Azərbaycan-Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında Bakıda imzalanmış sazişə dəyişikliklər edilməsi haqqında 1 saylı Protokol 1 aprel 2021-ci ildən qüvvəyə minir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

“Bu tarixdən vətəndaşlarımız şəxsiyyət vəsiqəsini sərhədkeçmə sənədi kimi istifadə edə biləcəklər”, - deyə bildirilib.