• 25 Aprel 2024
logo
Azərbaycanın dünyada yüksək imicinin təminatçısı etibarlı tərəfdaşlıqdır

Azərbaycanın dünyada yüksək imicinin təminatçısı etibarlı tərəfdaşlıqdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevral ayının 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransına bir sıra əhəmiyyətli məsələlərlə yanaşı Azərbaycanın dünyada etibarlı, ciddi və böyük uğurlara imza atmış tərəfdaş ölkə olmasından da geniş danışmışdır. Bu səbəbdən də Azərbaycanın beynəlxalq aləmdə imici hər zaman müsbətdi və bu gün də davam edir.

Ümumiyyətlə müstəqilliyini elan etdikdən sonra ilk illərdə mövcud olan müəyyən ictimai-siyasi problemləri aradan qaldırdıqdan sonrə Azərbaycan regional və beynəlxalq aləmdə həyata keçirilən, iştirakçısı olduğu bütün layihələrdə öz yerini və tərəfdaş ciddiyyətini uğurla qoruyub saxlayır. İştirak etdiyi layihələrlə bağlı vaxtında verilmiş qərarlar, görülmüş tədbirlər, öhdəliklərə məsuliyyətli yanaşma və qarşılıqlı mənafeləri qoruması ölkəmizin imicini yüksəldərək etibarlı tərəfdaş olduğunu sübut edib. Eləcə də Azərbaycan siyasi və hərbi-təhlükəsizlik sahələrində əməkdaşlıqda da özünü təsdiq edib. Bunun böyük zəfərlə başa çatan 44 günlük müharibə zamanı bir daha şahidi olduq

Mətbuat konfransında suallara cavab verərkən dövlət başçısı bir daha nəzərə çatdırdı ki, Azərbaycan bütün öhdəliklərini qətiyyətlə yerinə yetirməsi əməkdaşliq etdiyi ölkələrdə həmişə rəğbətlə qarşılanıb. Ölkəmiz bərabərhüquqlu tərəfdaş kimi qəbul edilib, etibar qazanıb.

Xarici siyasət kursunda Azərbaycan həmişə istər iqtisadi, istərsə də siyasi məsələlərdə ardıcıl və birmənalı mövqe nümayiş etdirib.

Bütün çıxışlarında cənab İlham Əliyev vaxtaşırı olaraq xarici siyasətin əsaslarına toxunaraq bunun son dərəcə əhəmiyyətli, açıq və prinsipial siyasətdir olduğunu bildirib.

Bu üzdən də Azərbaycanın xarici siyasətində heç bir gizli məqam yoxdur. Ona görə ki, bu siyasət bizim milli maraqlarımıza əsaslanır və yalnız əməkdaşlığın möhkəmlənməsi üçün edilir. Həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıqda da qarşılıqlı maraq və mənafelərin qorunması istiqamətində çıxış edir, beynəlxalq hüququn təməl prinsiplərinə hörmətlə yanaşır və həyata keçirir, BMT olmaqla beynəlxalq təşkilatların əsas prinsiplərinə sadiq qalır, müxtəlif beynəlxalq təşkilatlarda səsvermələr zamanı ədalətli mövqe tutub. Bu siyasət çərçivəsində səsvermə zamanı Gürcüstanın, Moldovanın, Ukraynanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və yenə dəstəkləyir. Həmin ölkələr tərəfindən də Azərbaycanın ərazi bütövlüyü dəstəklənib.

Azərbaycan bütün çətinliklərə baxmayaraq beynəlxalq aləmdə zəhmətlə formalaşdırdığı imicini həmişə qoruyub saxlayıb

Möhkəmlənən dövlətimiz Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli lider dövlətədir. 90-cı illərdən etibarən beynəlxalq əhəmiyyət kəsb edən enerji, nəqliyyat, infrastruktur, logistika və digər sahələrdə iştirak etdiyi layihələrin hamısı uğurla başa çatdırılıb. Bütün bunların əhəmiyyətini qeyd edən ölkə başçısı bu səbəbdən Azərbaycan indi dünya, Avropaya və qonşu ölkələrə qaz təchiz edən ən etibarlı ölkədir. Eləcə də Azərbaycan özünü elektrik enerjisi ilə təmin etməklə yanaşı artıq xaricə də böyük miqdarda enerji ixrac edir və böyük vəsait qazanır.

Bu gün Azərbaycan və digər region ölkələri üçün əhəmiyyətli olan məsələlərdən biri də nəqliyyat dəhlizidir. Bu səbəbdən də yeni imkanları və bir çox başqa amilləri nəzərə almaqla, Xəzər dənizi, Qara dəniz regionunda nəqliyyat-logistika əməkdaşlığının çox perspektivli istiqamətlərini müəyyən edərək inkişaf etdirmək üçün Azərbaycan fəaliyyətini davam etdirir.

Cənab İlham Əliyevin vurğuladığı əsas məsələlərdə biri də Azərbaycanın bütün məsələlərə strateji baxışı, yanaşması olmasıdır. Ölkəmiz iqtisadi, siyasi, təhlükəsizlik məsələlərinə çox aydın baxışı və təsəvvürü var və bu bundan sonra da ümumi plan çərçivəsində irəliləyəcək, yeni nailiyyətlər, uğurlar qazanacaqdır.

Bu sözləri media nümayəndələrinə deməklə ölkə lideri Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi imici bundan sonra da qoruyub saxlayacağını və Azərbaycanın bu gün dünya dövlətləri və qonşuları üçün nə dərəcədə əhəmiyyətli tərəfdaş olduğunu diqqətə çatdırdı.

Sevinc Orucova

Heydər Əliyev adına liseyin direktoru