Baş nazirin müavini: Bu insanlara qarşı susmaq lazım deyil, inzibati tədbir görməklə tərbiyə mümkün olmur
Azərbaycan ordusu istəsə, Dağlıq Qarabağı işğaldan bir günə azad edər. Amma Prezident İlham Əliyev yenidən qan tökülməsini istəmir.
Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Həsənov Sumqayıtdakı Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər və Qubadlı rayon təşkilatlarının fəalları ilə görüşündə deyib.
Ə.Həsənov bildirib ki, torpaqlar işğaldan azad ediləcək: "Ermənistanda hakimiyyətə Nikol Paşinyan gəldi. Məsələnin müsbətə doğru həll ediləcəyinə ümidimiz artdı. Amma Paşinyan da ağzına gələni danışır. Hamı bilsin ki, dövlətimiz Dağlıq Qarabağı hər an işğaldan azad edə bilər. Biz o torpaqları işğaldan azad edəcəyik".
Ə.Həsənov, həmçinin xaricdəki mühacir azərbaycanlıları tənqid edib. O qeyd edib ki, mühacirlər ələ alınıb, Azərbaycana qarşı istifadə edilirlər: "Bu insanlara qarşı susmaq lazım deyil. İnzibati tədbir görməklə tərbiyə mümkün deyil. Bu, daha çox ictimai qınaq səviyyəsində olmalıdır".
25 Sentyabr 2019 12:35
1 953
Digər xəbərlər
19 Oktyabr 2026 19:16
399
17 Oktyabr 2026 18:37
1 337
16 Oktyabr 2026 19:08
3 990
16 Oktyabr 2026 10:02
644
16 Oktyabr 2026 10:01
539
16 Oktyabr 2026 08:59
4 760
15 Oktyabr 2026 11:44
644
15 Oktyabr 2026 09:48
5 054
14 Oktyabr 2026 14:39
3 024
13 Oktyabr 2026 09:21
3 178
12 Oktyabr 2026 16:07
2 569
12 Oktyabr 2026 11:07
1 449