• 18 Aprel 2024
logo
 Azərbaycanda 3 QHT rəhbəri “Şöhrət” ordeni ilə təltif olunub

 Azərbaycanda 3 QHT rəhbəri “Şöhrət” ordeni ilə təltif olunub

Azərbaycanda 3 QHT rəhbəri “Şöhrət” ordeni ilə təltif olunub.

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli bölməsinin sədri Səadət Bənənyarlı, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova və İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliynin sədri Səltənət Qocamanlı “Şöhrət” ordeni ilə təltif olunub.

Hüquq müdafiəçiləri Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təltif ediliblər.