• 15 Aprel 2021
logo
“Azərbaycan və Türkiyə əkiz qardaşdır və bu gerçək türk dünyasına nümunədir” Hulusi Kılıç

“Azərbaycan və Türkiyə əkiz qardaşdır və bu gerçək türk dünyasına nümunədir” Hulusi Kılıç

44 günlük Qarabağ müharibəsi tarixi bir zəfərdir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Türkiyənin keçmiş səfiri Hulusi Kılıç deyib.
Keçmiş səfirin sözlərinə görə, Ermənistan tərəfi öz ordusunu yenilməz ordu kimi təqdim edirdi, amma 44 günlük müharibə və onun nəticələri təsdiq etdi ki, bu, heç də belə deyil.
“Azərbaycan xalqının Cənab Prezidentinə verdiyi dəstəyini də gördük. Gələn şəhid xəbərlərinə ailələrin münasibətini və yasaq olunmuş bombalara qarşı xalqın əzminin də şahidi olduq. Dəfələrlə Nikol Paşinyanın atəşkəs üçün yalvarışını da müşahidə etdik. Lakin hər dəfəsində bir necə gün, hətta bəzən saatlar belə sonra atəşkəsi pozdu. Heç şübhəsiz ki, sonda qalib olan biz olduq. Dinc əhalinin yaşadığı ərazilərə atılan silahlar isə Ermənistanın hansı vəziyyətdə olduğunu və ruh halını bir daha göstərdi.
Biz Xocalını, Gəncə şəhərində dinc əhaliyə atılan bombalarla yenidən yaşadıq. Yaşadığımız bu hadisələr bizi gələcək üçün hansı addımlar atacağımız barədə düşündürür. Bu cinayətlər beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdır. Bunlar tamamilə döyüş cinayəti işlədiblər və cinayət varsa, cəza da olmalıdır. Eyni zamanda, bu məsələnin belə qalacağını düşünməsinlər. Azərbaycan və Türkiyə cinayətkarları cəzalandıracaq.
Biz şəhidlər sayəsində və Cənab Prezidentin liderliyi ilə bu zəfəri qazandıq. İki prezidentin həmrəyliyini və diplomatik dəstəyini dünya da gördü. Şəraitin və havanın pis olması hərb üçün ayrı çətinlik yaradırdı. Şuşanın coğrafi vəziyyəti hər kəsə bəllidir. Düşmənlə qarşı- qarşıya savaş oldu və biz qazandığımız qələbəyə görə qürur duyuruq. Azərbaycan və Türkiyə əkiz qardaşdır və bu gercək türk dünyasına nümunədir.
44 gunluk müharibənin sonunda qazanılan zəfərdən sonra çox gözəl hisslər keçirirəm. Vətən müharibəsində nə qədər güclü olduğumuzu bütün dünya gördü. Artıq savaşdan qalib çıxmışıq, qürurlanırıq və gözlərimizin içi parlayır. Biz tarixi yazdıq və bu tarixi hər kəs oxusun ki, 44 gündə bir vətənin necə bərpa edildiyini biz göstərdik. Biz erməni oğrularını evimizdən qovduq. Bu savaşın böyük qazancı var və bundan birincisi odur ki, biz torpaqlarımızı bərpa etdik, digər tərəfdən, qardaşlığımızı dünyaya göstərdik, hansı ki, bu qardaşlıq çox güclü bağlarla bağlanıb. Bizi qoparmağa çalışsalar da, bizi ayıra bilməzlər”, deyə Hulusi Kılıc bildirib.