• 25 Aprel 2024
logo
Altı partiya YAP-a qoşulub

Altı partiya YAP-a qoşulub

Azərbaycanda altı siyasi partiya Yeni Azərbaycan Partiyasına (YAP) qoşulub.

Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası YAP-a qoşulmaq üçün müraciət etmişdi.

YAP-ın bu gün keçirilən VII qurultayında partiyaların müraciətinə baxılaraq, müsbət qərar qəbul edilib.