• 9 Avqust 2022
logo
Altı partiyanın YAP-a qoşulmaq barədə müraciətinə hakim partiyanın bugünkü qurultayında baxılacaq

Altı partiyanın YAP-a qoşulmaq barədə müraciətinə hakim partiyanın bugünkü qurultayında baxılacaq

Azərbaycanda altı siyasi partiya Yeni Azərbaycan Partiyasına qoşulmaq barədə qərar qəbul edib.

Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası YAP-a qoşulmaq üçün müraciət edib.

Partiyaların müraciətinə YAP-ın bu gün keçirilən VII qurultayında baxılaraq qərar qəbul ediləcək.