• 26 Aprel 2024
logo
Əfv komissiyasının iclası keçirilir

Əfv komissiyasının iclası keçirilir

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası öz işinə başlayıb.

Iclasda əfvlə bağlı yeni müraciətlərə baxılacaq.

Qeyd edək ki, indiyədək komissiyanın 5 iclası keçirilib və daxil olan müraciətlərin 550-dən çoxuna baxılıb.

İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.