• 19 Aprel 2024
logo
Rusiya XİN Qərbin Navalnı ilə bağlı sanksiyalarına münasibət bildirib

Rusiya XİN Qərbin Navalnı ilə bağlı sanksiyalarına münasibət bildirib

Həmkarları odla oynamamağa çağırırıq.

APA nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqı və ABŞ-ın Aleksey Navalnı ilə bağlı Rusiyaya tətbiq etdiyi sanksiyaları şərh edərkən bildirib.

“Sanksiyalar barədə qısa olaraq: Həmkarları odla oynamamağa çağırırıq”, - deyə M. Zaxarova “Facebook”da qeyd edib.

Xatırladaq ki, ötən gün Aİ həbsdəki müxalif blogger A. Navalnıya görə Rusiyanın Baş prokuroru, İstintaq Komitəsinin sədri, Cəzalara Nəzarət üzrə Federal Xidmətin rəhbəri və “Rosqvardiya”nın rəisinə sanksiya tətbiq edib.

ABŞ Ticarət Nazirliyi isə A. Navalnının işi ilə əlaqədar 14 təşkilata sanksiya tətbiq edib.