• 28 Sentyabr 2021
logo
Səfir: "İran işğaldan azad olunan ərazilərin bərpasında iştirak etmək istəyir"

Səfir: "İran işğaldan azad olunan ərazilərin bərpasında iştirak etmək istəyir"

İranın Bakıdakı səfiri Azərbaycanın yüksək səviyyəli rəsmilərinin İran şirkətlərinin Dağlıq Qarabağ bölgəsinin yenidən qurulmasında iştirak etmək üçün rəsmi şəkildə dəvət etdiyini bildirib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Seyid Abbas Musəvi İranda keçirilən Dağlıq Qarabağ beynəlxalq konfransı çərçivəsində deyib.

O qeyd edib ki, KİV-lərin bildirdiyinə görə, Azərbaycan dövlətinə işğaldan azad edilən bölgələrin bərpası üçün 10 milyard dollardan çox vəsait lazımdır: “Ölkəmiz texniki - mühəndislik sahələrində yüksək təcrübəsi və ucuz resursları olduğu üçün Dağlıq Qarabağ bölgəsinin bərpasında yüksək əməkdaşlıq imkanlarına malikdir”.

Qarabağda yenidənqurma işlərinin başlayacağı vaxta toxunan Musəvi deyib: “Azərbaycan dövləti ehtiyacları qiymətləndirdikdən və şəhər yenidənqurması ilə bağlı kompleks planını elan etdikdən sonra zərərçəkmiş ərazilərdə yenidənqurma işlərini elan etməsini planlaşdırır”.