• 24 Aprel 2024
logo
Əfv komissiyasında indiyədək 550-dən çox müraciətə baxılıb

Əfv komissiyasında indiyədək 550-dən çox müraciətə baxılıb

Bu gün Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə APA-ya komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, komissiya tam tərkibdə olub: “Komissiyanın işi məhsuldar oldu. Bu gün 100-dən artıq müraciətə baxılaraq qərar verildi. Növbəti iclas martın 4-də keçiriləcək”.

Qeyd edək ki, komissiyada indiyədək 550-dən çox müraciətə baxılıb.