• 15 Aprel 2021
logo
REAL partiyası DSK-larda təmsil olunmaq üçün MSK-ya müraciət edib

REAL partiyası DSK-larda təmsil olunmaq üçün MSK-ya müraciət edib

Respublikaçı Alternativ Partiyası (REAL) dairə seçki komissiyalarında (DSK) təmsil olunmaq üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

APA-nın məlumatına görə, müraciətdə qeyd olunub ki, Milli Məclisə 2020-ci il fevralın 9-da keçirilmiş seçkilərdə Erkin Qədirli 16 saylı Yasamal Birinci Seçki Dairəsindən deputat seçilib. E. Qədirli 31 avqust 2020-ci ildən qeydiyyata alınmış REAL partiyasının üzvüdür. Parlament partiyaları üçün nəzərdə tutulan dövlət vəsaitinin bir hissəsi REAL Partiyasına ayrılır.

Müraciətdə bildirilir ki, hazırda parlamentdə deputatları azlıq təşkil edən 10 siyasi partiya var və bəzi digər parlament partiyalarından fərqli olaraq REAL hələ də dairə seçki komissiyalarında təmsil olunmur. 125 DSK-da təmsilçilik 10 partiya arasında bölüşdürülməlidir: “Bu baxımdan ən azından 12 dairənin hərəsinə 3 nəfər DSK üzvlüyünə namizəd təqdim etmək istəyirik. Toplam 37 nəfər DSK üzvlüyünə namizədimizin 12-dən çox sayda DSK üzrə təqdim edə bilərik”.

Müraciətdə məsələnin müzakirəsi üçün MSK-dan görüş istənilir.