• 19 Sentyabr 2021
logo
BAXCP sədri Novella Cəfəroğlunu 80 illik yubileyi münasibətilə təbrik edib

BAXCP sədri Novella Cəfəroğlunu 80 illik yubileyi münasibətilə təbrik edib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunu 80 illik yubileyi münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli Novella xanım,


Sizi 80 illik yubileyiniz münasibətilə təbrik edir, möhkəm cansağlığı arzulayıram!

Siz Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri kimi 30 ilə yaxındır ki, respublikamızda qadın hüquqlarının müdafiəsi ilə məşğul olur, ölkəmizi beynəlxalq təşkilatlarda layiqincə təmsil edirsiniz.

Qadın hüquqlarının müdafiəsi sahəsində əldə etdiyiniz uğurlara görə, 1998-ci ildə Avropa Şurası və ABŞ-ın Beynəlxalq Marşall mükafatına, 2007-ci ildə isə ABŞ Dövlət Departamentinin Beynəlxalq Cəsur Qadın mükafatına layiq görülmüsünüz.

Hüquq müdafiəçisi kimi Sizin ən yüksək keyfiyyətiniz daim Azərbaycanın milli maraqlarından çıxış etməyiniz, prinsipial və birmənalı mövqe sərgiləməyinizdir. İştirak etdiyiniz bütün beynəlxalq platformalarda Ermənistanın və erməni diasporunun təxribat xarakterli addımlarının qarşısının alınması üçün əsl vətəndaş mövqeyi nümayiş etdirərək, Azərbaycanın haqlı mövqeyinin üstün gəlməsinə çalışmısınız.

Sizin qadın hüquqlarının müdafiəçisi kimi ölkəmizdəki fəaliyyətinizin əsas məqsədi Azərbaycan qadının cəmiyyətimizdəki mövqelərinin möhkəmlənməsindən ibarət olub ki, bu da dövlətimizin prioritet elan etdiyi istiqamətlərdən biridir.

Siz sülh adamısınız, hər zaman milli birliyin, həmrəyliyin tərəfdarı kimi cəmiyyətin qütbləşməsinə qarşı çıxış etmisiniz və bu gün də öz fəaliyyətinizi yüksək şövq və peşəkarlıqla davam etdirirsiniz.

Hörmətli Novella xanım,

Sizi Bir daha böyük yubileyiniz münasibətilə təbrik edir, faəliyyətinizdə uğurlar diləyirəm”.