• 29 Mart 2024
logo
Rusiya XİN: Ermənistana noyabrın 13-dən bu günə kimi 1374 hərbçinin meyiti təhvil verilib

Rusiya XİN: Ermənistana noyabrın 13-dən bu günə kimi 1374 hərbçinin meyiti təhvil verilib

Ermənistan tərəfinə noyabrın 13-dən bu günə kimi 1374 hərbçinin meyiti təhvil verilib.

APA-nın xəbərinə görə, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə meyitlərin axtarışının dayandırılması ilə bağlı sualı şərh edərkən bildirib.

Onun sözlərinə görə, vəziyyəti sülhməramlılar daha yaxşı bilir və işlərin dayandırılması ilə bağlı onlara müraciət etmək daha yaxşı olar.

“Əldə olan məlumatlara görə, 2020-ci ilin 13 noyabrından bu günə kimi 1684 hərbçinin meyiti təhvil verilib. Onlardan 1374-ü Ermənistana, 310-u isə Azərbaycana təhvil verilib”.