• 26 Aprel 2024
logo
Türkiyə və Xorvatiya XİN başçıları Qarabağı müzakirə ediblər

Türkiyə və Xorvatiya XİN başçıları Qarabağı müzakirə ediblər

“Xorvatiyalı həmkarımla görüşümüz zamanı regional məsələlərlə, o cümlədən Qarabağla bağlı müzakirələr apardıq”.

Bunu Xorvatiyada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu xorvat həmkarı Qordan Qrliç-Radmanla birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Şimali Kipr, Şərqi Aralıq dənizi, Liviya və Suriya ilə bağlı da fikir mübadiləsi aparılıb.